“Kəpəz” - “Qarabağ”: 57-ci duel

single-news
27 Mar 2024

“Kəpəz” - “Qarabağ”: 57-ci duel



Bu həftə Misli Premyer Liqasında IV dövrəyə start veriləcək. “Qarabağ” çempionatda növbəti oyununu martın 29-da keçirəcək. Qurban Qurbanovun yetirmələri XXVIII turda “Kəpəz”in qonağı olacaq.

 

Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu görüş iki komanda arasında ölkə çempionatları çərçivəsindəki 57-ci duel olacaq.

 

İlk dəfə 1992-ci ildə üz-üzə gələn rəqiblər indiyədək 56 dəfə qarşılaşıb. Komandamız əvvəlki matçlarda böyük üstünlüyə malikdir.

 

“Qarabağ” indiyədək 31 dəfə qalib gəlib. 11 heç-heçə edən komandamız 14 dəfə meydandan xalsız ayrılıb. Bu üstünlük top fərqində də əksini tapıb. Rəqib qapısından 85 top keçirən komandamız 60 top buraxıb.

 

“Qarabağ” “Kəpəz”lə qarşılaşmalarda uğurlu seriyaya malikdir. Komandamız son 31 matçda uduzmayıb.”Qarabağ” ardıcıl 20 oyunda rəqib qapısına yol tapıb.

 

Komandamız 26 səfər matçında 11 qələbə qazanıb və 4 heç-heçə edib. 11 görüşdə meydan sahibləri qalib gəlib. Top fərqi rəqibin xeyrinədir – 29-40.

 

Qeyd edək ki, martın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Kəpəz” - “Qarabağ” matçı saat 19:00-da başlayacaq.

 

24.06.1992. Qarabağ - Kəpəz - 0:0

11.07.1992. Kəpəz - Qarabağ - 2:1

10.10.1993. Qarabağ - Kəpəz - 1:1

30.03.1994. Kəpəz - Qarabağ - 4:1

23.10.1994. Kəpəz - Qarabağ - 4:1

08.04.1995. Qarabağ - Kəpəz - 0:2

10.09.1995. Qarabağ - Kəpəz - 3:0

10.12.1995. Kəpəz - Qarabağ - 3:1

05.05.1996. Kəpəz - Qarabağ - 0:0 (neytral meydanda)

12.06.1996. Qarabağ - Kəpəz - 1:2 (neytral meydanda)

22.09.1996. Kəpəz - Qarabağ - 3:1

19.03.1997. Qarabağ - Kəpəz - 1:0

27.09.1997. Qarabağ - Kəpəz - 0:0

07.03.1998. Kəpəz - Qarabağ - 3:2

11.11.1998. Kəpəz - Qarabağ - 3:0

25.11.1998. Qarabağ - Kəpəz - 2:1

10.04.1999. Qarabağ - Kəpəz - 0:2

08.05.1999. Kəpəz - Qarabağ - 3:0

04.03.2000. Qarabağ - Kəpəz - 2:1

13.05.2000. Kəpəz - Qarabağ - 1:1

10.09.2000. Kəpəz - Qarabağ - 2:1

18.03.2001. Qarabağ - Kəpəz - 2:1

28.10.2001. Kəpəz - Qarabağ-Azərsun - 2:1

03.03.2002. Qarabağ-Azərsun - Kəpəz - 3:2

06.04.2002. Kəpəz - Qarabağ-Azərsun - 3:0

19.07.2003. Qarabağ-Azərsun - Kəpəz - 4:0

04.04.2004. Kəpəz - Qarabağ-Azərsun - 0:1

16.12.2004. Gəncə - Qarabağ - 0:1

20.05.2005. Qarabağ - Gəncə - 1:1

04.12.2005. Qarabağ - Gəncə - 0:0

07.05.2006. Gəncə - Qarabağ - 1:2

22.09.2010. Qarabağ - Gəncə - 3:0

20.02.2011. Gəncə - Qarabağ - 0:1

21.08.2011. Kəpəz - Qarabağ - 1:2

20.02.2012. Qarabağ - Kəpəz - 1:0

04.10.2012. Kəpəz - Qarabağ - 0:0

07.12.2012. Qarabağ - Kəpəz - 3:1

20.09.2015. Kəpəz - Qarabağ - 2:3

21.11.2015. Qarabağ - Kəpəz - 3:0

14.02.2016. Kəpəz - Qarabağ - 1:2

08.04.2016. Qarabağ - Kəpəz - 4:0

25.09.2016. Kəpəz - Qarabağ - 1:1

19.11.2016. Qarabağ - Kəpəz - 1:0

12.02.2017. Kəpəz - Qarabağ - 0:1

02.04.2017. Qarabağ - Kəpəz - 2:1

17.09.2017. Qarabağ - Kəpəz - 2:0

05.11.2017. Kəpəz - Qarabağ - 0:2

25.02.2018. Qarabağ - Kəpəz - 1:0

14.04.2018. Kəpəz - Qarabağ - 0:1

01.09.2022. Kəpəz - Qarabağ - 0:1

06.11.2022. Qarabağ - Kəpəz - 3:1

04.02.2023. Kəpəz - Qarabağ - 1:1

09.04.2023. Qarabağ - Kəpəz - 3:1

27.08.2023. Qarabağ - Kəpəz - 1:1

04.11.2023. Qarabağ - Kəpəz - 7:1

27.01.2024. Kəpəz - Qarabağ - 1:2

 

Paylaş