“Kəpəz” – “Qarabağ” matçının hakimləri müəyyənləşdi
18 Mar 2026
“Kəpəz” – “Qarabağ” matçının hakimləri müəyyənləşdi
Misli Premyer Liqasında XXV turun təyinatları açıqlanıb. Martın 20-də keçiriləcək “Kəpəz” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.
Görüşün baş hakimi Əli Əliyev olacaq. Ona Elşad Abdullayev və Tərlan Talıbzadə kömək edəcəklər.
Emin Əliyev dördüncü hakim, Rauf Cabarov VAR, Namiq Hüseynov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Feyzulla Feyzullayev, AFFA nümayəndəsi Elman Musayev olacaq.
Qeyd edək ki, Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.
