"Keşlə" - "Qarabağ" oyununun hakimləri
10 Fev 2022
"Keşlə" - "Qarabağ" oyununun hakimləri
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ" "Keşlə"nin qonağı.
Qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. Elşad Abdullayev və Kamran Bayramov köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Fevralın 11-də "ASK Arena"da keçiriləcək qarşılaşma 18:00-da başlayacaq.
