"Keşlə" - "Qarabağ"ımız 0:2

single-news
8 Mar 2020

"Keşlə" - "Qarabağ"ımız 0:2



Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub. Turun son matçında "Qarabağ"ımız səfərdə "Keşlə"nin qonağı olub. Oyuna ilk dəqiqələrdən sürətli başlayan komandamız Ovusu Kvabena ilə hesabı açmağa yaxın olsa da, top qapı tirindən geri qayıdıb. Oyunun 31-ci dəqiqəsində Abdullah Zubir qarşısıalınmaz zərbəylə topu qapıdan keçirib və ilk hissə komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə də komandamız bir neçə dəfə hesabı dəyişməyə yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. Matçın 88-ci dəqiqəsində isə Qara Qarayevin möhtəşəm ötürməsindən sonra Filip Ozobiç topu qapıdan keçirib. Və qarşılaşma komandamızın 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

 

Paylaş