"Keşlə" - "Qarabağ"ımız 1:1

31 Okt 2018
"Keşlə" - "Qarabağ"ımız 1:1
Bu gün Azərbaycan Premyer Liqasında VII turun təxirə salınmış matçı keçirilib. "Qarabağ"ımız səfərdə "Keşlə"nin qonağı olub. İlk hissəsi qolsuz bərabərliklə başa çatan matçda komandamız ikinci hissəyə qolla başlayıb. Matçın 56-cı dəqiqəsində Mahir Mədətovun ötürməsini Miçel dəqiq tamamlayaraq hesabı açıb. Matçın 78-ci dəqiqəsində isə "Keşlə" hesabı bərabərləşdirib. Matç 1:1 hesabıyla da başa çatıb.
VII turdan təxirə salınmış oyun
31 oktyabr
19:00. "Keşlə" - "Qarabağ" - 1:1
Qollar: Miçel, 56 (0:1), Sərtan Taşqın, 79 (1:1)
Qırmızı vərəqə: Samir Məsimov, 88 ("Keşlə")
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
"ASK Arena"