"KHAZAR GOLDEN BEACH"DƏ NOVRUZ ŞƏNLİYİ . . .

single-news
22 Mar 2006

"KHAZAR GOLDEN BEACH"DƏ NOVRUZ ŞƏNLİYİ . . .



"Qarabağ" Futbol Klubu rəhbərliyi hər əlamətdar günlərdə, bayramlarda komandasının şənlənməsi,istirahət etməsi üçün əlindən gələni əsirgəmir. Novruz bayramı da istisna təşkil etmədi. Komanda bu dəfə "Khazar Golden Beach"də bir araya gəldi... Tədbir açıq elan olunandan sonra söz Klubun Vitse-Prezidenti Taher Gözələ verildi. Taher bəy tədbir iştirakçılarını salamlayaraq, onların Novruz bayramını təbrik elədi. Ayrılıqda "Qarabağ"ın yarımfinala yüksəlməsi münasibətilə də hər bir klub üzvünü təbrik edərək onlara öz arzularını çatdırdı: "...İnanıram ki, "Qarabağ" FK birliyi ilə yarımfinal və final səddlərini də keçərək kuboku başı üzərinə qaldıan tərəf olacaq..." Tədbirdə "Qarabağ" FK üzvləri ilə yanaşı, Azərbaycan Milli Yığma komandasının Baş Məşqçisi Şahin Diniyev də dəvət almışdı. Şahin müəllimdə klub üzvlərinin bayramlarını təbrik edərək onlara öz arzularını çatdırdı, baş məşqçi Böyükağa Ağayevin rəhbərliyi ilə klubun istədiyi nəticəni qazanacağına inamını bildirdi. Komandamızın Baş Məşqçisi Böyükağa Ağayevdə öz növbəsində Şahin müəllimə Millidəki fəaliyyətində uğurlar arzuladı.... Tədbir əyləncəli proqramla davam etdi. Rəhbərlik tərəfindən hazırlanmış qiymətli hədiyyələr əyləncəli şou xarakterli oyunla öz "qaliblərinə" təqdim edildi.Respublikanın tanınmış ifaçılarından Ədalət Şükürov, İranə İlkin, Xuraman, türk Pop qrupu, rəqqasə Nailə tədbirin daha da maraqlı keçməsi üçün bacarıqlarını göstərdilər. Gecə saatlarında isə Novruz bayramına xarakterik olan tonqal yandırıldı. Dəniz qırağında, tonqal ətrafında əyləncə tədbirə daha da rəng qatdı... Tədbir yüksək əhval ruhiyyə ilə başa çatdı... Tədbirdən lentə alınmış fotoların bir qismi ilə aşağıdakı bölümə daxıl olmaqla baxa bilərsiniz. Bu sizin tədbir haqqında təəssüratlarınızı bir qədər də artıracaq: FOTOQALEREYA - NOVRUZ ŞƏNLİYİ

Paylaş