KİV-in diqqətinə!
KİV-in diqqətinə!
2021/2022 avrokubok mövsümü üçün akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının aşağıda qeyd olunanları yerinə yetirməsi tələb olunur:
Mövsümlük akkreditasiyanı sadəcə Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan KİV vasitələri ala bilərlər;
Qeydiyyatdan keçmək istəyənlər 15 iyul 2021-ci il saat 18:00-a qədər çalışdığı yeri, şəxsi fotosunu (həcmi 0.5 MB-dən az olmayan) press@qarabagh.com elektron ünvanına göndərməlidirlər;
Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar;
Göndərdiyiniz e-maildən təsdiq cavabı aldıqdan sonra akkreditasiyadan keçmiş sayılırsınız;
“Qarabağ”ın bu mövsüm keçirəcəyi bütün avrokubok oyunları üçün nəzərdə tutulmuş akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.
Qeyd: UEFA-nın "Futbola qayıdış" əsasnaməsinə əsasən, mətbuat konfranslarına məhdud sayda media nümayəndəsi buraxılır. Bununla bağlı daha sonra ətraflı məlumat veriləcək.
