KİV-in diqqətinə!
KİV-in diqqətinə!
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Lex" (Polşa) oyununa akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının aşağıda qeyd olunanları yerinə yetirməsi tələb olunur:
Akkreditasiyanı Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş KİV nümayəndələri ala bilərlər;
Qeydiyyatdan keçmək istəyənlər iyulun 1-i, saat 18:00-dək çalışdığı yeri, şəxsi fotosunu press@qarabagh.com elektron ünvanına göndərməlidirlər;
Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar;
Göndərdiyiniz e-maildən təsdiq cavabı aldıqdan sonra akkreditasiyadan keçmiş sayılırsınız;
Akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.