KİV-in diqqətinə!

single-news
13 İyl 2022

KİV-in diqqətinə!



UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sürix" (İsveçrə) oyununa akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının aşağıda qeyd olunanları yerinə yetirməsi tələb olunur:

Akkreditasiyanı Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş KİV nümayəndələri ala bilərlər;

Qeydiyyatdan keçmək istəyənlər iyulun 16-sı, saat 18:00-dək çalışdığı yeri və vəzifəsini press@qarabagh.com elektron ünvanına göndərməlidirlər;

Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar.

Akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.

Paylaş

// pop up