KİV-in diqqətinə
KİV-in diqqətinə
“Qarabağ” FK-nın UEFA Avropa Liqasında keçirəcəyi qrup oyunları üçün akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının aşağıda qeyd olunanları yerinə yetirməsi tələb olunur:
Akkreditasiyanı Peşəkar Futbol Liqasında (PFL) 2022/2023 mövsümü üçün qeydiyyatdan keçmiş KİV nümayəndələri ala bilərlər;
Qrupda “Nant”, “Olimpiakos” və “Frayburq” ilə oyunlar üçün qeydiyyatdan keçmək istəyənlər sentyabrın 6-ı saat 18:00-dək çalışdığı yeri, vəzifəsini və 2022/2023 mövsümü üçün nəzərdə tutulmuş PFL akkreditasiyasını press@qarabagh.com elektron ünvanına göndərməlidirlər;
Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar.
Qeyd edək ki, “Qarabağ” FK UEFA Avropa Liqasının G qrupunda “Olimpiakos”, “Frayburq” və “Nant” klubları ilə mübarizə aparacaq.