KİV-in diqqətinə!

single-news
16 Mar 2023

KİV-in diqqətinə!



“Qarabağ” FK və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq oyununa akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının aşağıda qeyd olunanları yerinə yetirməsi tələb olunur:

 

Qeydiyyatdan keçmək istəyənlər martın 18-i saat 18:00-a qədər ad-soyad, çalışdığı mətbu (TV) orqanın adını press@qarabagh.com elektron ünvanına göndərməlidirlər;

 

Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar.

 

Akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.

 

Təsdiq cavabı gəldikdən sonra qeydiyyatdan keçmiş sayılırsınız.

Paylaş