KİV-in diqqətinə!

single-news
5 Dek 2023

KİV-in diqqətinə!



UEFA Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Hekken” oyununa akkreditasiya elan olunur. Qeydiyyatdan keçmək istəyən media mənsublarının aşağıdakı tələblərə uyğun olması mütləqdir:

Akkreditasiya vəsiqəsini Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş KİV nümayəndələri ala bilərlər;

Qeydiyyatdan keçmək istəyən KİV nümayəndələri dekabrın 10-u saat 18:00-dək media orqanının və PFL-in media vəsiqəsini press@qarabagh.com elektron ünvanına göndərməlidirlər;

Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar;

Media sektorda yerlər məhdud olduğu üçün üstünlük Azərbaycan çempionatının oyunlarında mütəmadi iştirak edən idman mediası təmsilçilərinə veriləcək;

Hər sayt və qəzet 1, televiziyadan isə 2 əməkdaş (1 müxbir, 1 operator) akkreditasiya üçün müraciət edə bilər;
Göndərdiyiniz e-maildən təsdiq cavabı aldıqdan sonra akkreditasiyadan keçmiş sayılırsınız;

Akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də başlayacaq.

Paylaş