KİV-in diqqətinə!

single-news
12 Fev 2024

KİV-in diqqətinə!



UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Braqa” matçına akkreditasiya elan olunur. Qeydiyyatdan keçmək istəyən media mənsublarının aşağıdakı tələblərə uyğun olması mütləqdir:

Akkreditasiya vəsiqəsini Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş KİV nümayəndələri ala bilərlər;

Qeydiyyatdan keçmək istəyən KİV nümayəndələri fevralın 17-si 18:00-dək media orqanının və PFL-in media vəsiqəsini press@qarabagh.com elektron ünvanına göndərməlidirlər;

Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar;

Media sektorda yerlər məhdud olduğu üçün üstünlük Azərbaycan çempionatının oyunlarında mütəmadi iştirak edən idman mediası təmsilçilərinə veriləcək;

Hər sayt və qəzet 1, televiziyadan isə 2 əməkdaş (1 müxbir, 1 operator) akkreditasiya üçün müraciət edə bilər;

Göndərdiyiniz e-maildən təsdiq cavabı aldıqdan sonra akkreditasiyadan keçmiş sayılırsınız;

Akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.

Paylaş