KİV-in diqqətinə!

single-news
27 Fev 2024

KİV-in diqqətinə!



UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer” matçına akkreditasiya elan olunur. Qeydiyyatdan keçmək istəyən media mənsublarının aşağıdakı tələblərə uyğun olması mütləqdir:

 

Akkreditasiya vəsiqəsini Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş KİV nümayəndələri ala bilərlər;
Qeydiyyatdan keçmək istəyən KİV nümayəndələri martın 2-si saat 18:00-dək media orqanının və PFL-in media vəsiqəsini press@qarabagh.com elektron ünvanına göndərməlidirlər;


Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar;
Media sektorda yerlər məhdud olduğu üçün üstünlük Azərbaycan çempionatının oyunlarında mütəmadi iştirak edən idman mediası təmsilçilərinə veriləcək;


Hər sayt və qəzet 1, televiziyadan isə 2 əməkdaş (1 müxbir, 1 operator) akkreditasiya üçün müraciət edə bilər;
Göndərdiyiniz e-maildən təsdiq cavabı aldıqdan sonra akkreditasiyadan keçmiş sayılırsınız;


Akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.

Paylaş