KİV-in diqqətinə

single-news
14 Okt 2024

KİV-in diqqətinə



Komandamızın UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində Niderlandın “Ayaks” klubuna qarşı keçirəcəyi ev qarşılaşmasına akkreditasiya elan olunur. Oktyabrın 24-də keçiriləcək matç üçün qeydiyyatdan keçmək istəyən media mənsublarının aşağıdakı tələblərə uyğun olması mütləqdir:
 
Akkreditasiya vəsiqəsini Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş KİV nümayəndələri ala bilərlər;

Qeydiyyatdan keçmək istəyən KİV nümayəndələri oktyabrın 19-u saat 18:00-dək media orqanının və PFL-in media vəsiqəsini press@qarabagh.com elektron ünvanına göndərməlidirlər;

Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar;
 
Media sektorda yerlər məhdud olduğu üçün üstünlük Azərbaycan çempionatının oyunlarında mütəmadi iştirak edən idman mediası təmsilçilərinə veriləcək;
 
Hər sayt və qəzet 1, televiziyadan isə 2 əməkdaş (1 müxbir, 1 operator) akkreditasiya üçün müraciət edə bilər;
 
Göndərdiyiniz e-maildən təsdiq cavabı aldıqdan sonra akkreditasiyadan keçmiş sayılırsınız;
 
Akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.
 
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də başlayacaq.

Paylaş

// pop up