KİV-in diqqətinə!

single-news
3 Noy 2025

KİV-in diqqətinə!



Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi!

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 4-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə İngiltərədə keçiriləcək.

Media mənsubları akkreditasiyalarını noyabrın 4-də saat 10:00-dan 16:30-dək Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat otağından götürə bilərlər.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Paylaş

// pop up