KİV-in nəzərinə: Akkreditasiya müddəti və şərtləri

single-news
11 Avq 2020

KİV-in nəzərinə: Akkreditasiya müddəti və şərtləri



“Qarabağ”ımız Çempionlar Liqasının I təsnifat mərhələsində avqustun 18-i, saat 20:00-da Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edəcək.
Bu qarşılaşma üçün akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının aşağıda qeyd olunanları yerinə yetirməsi xahiş olunur:
1. Oyuna akkreditasiyanı sadəcə Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələri ala bilərlər.
2. Qeydiyyatdan keçmək üçün avqustun 15-i saat 18:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsi və şəxsi fotosunu (həcmi 0.5 MB-dən az olmayan) garabagh.fc@gmail.com elektron adresinə göndərilməsi xahiş olunur. Göndərdikləri zaman yazılı mətbuatdırsa, qarşısına PRESS, fotoqrafdırsa FOTO, televiziya əməkdaşıdırsa TV yazmağı rica olunur.
3. PFL qeydiyyatı olmayan fotoqraflar isə “FOTO” akkreditəsi əldə etmək üçün iş vəsiqəsi və şəxsi fotosunu göndərməlidir.
4. Hər bir KİV-dən maksimum 1 nəfər qeydiyyatdan keçə bilər.
5. Qeydiyyat zamanı yerlərin məhdud olduğunu nəzərə alaraq, 2019-20-ci illər mövsümü üçün PFL-dən qeydiyyatdan keçən media mənsublarına üstünlük veriləcək.
6. Göndərdiyiniz emaildən təsdiq cavabı aldıqdan sonra akkreditasiyadan keçmiş sayılırsınız.
7. Akkreditasiyaların verilmə tarixi və yeri haqda məlumat veriləcək.

QEYD: Oyun öncəsi və sonrası mətbuat konfranslarında iştirak etmək istəyən kütləvi informasiya vasitələri öz müraciətlərində iştirak istəyini qeyd etməlidirlər.

QEYD: Hazırda davam edən COVİD-19 pandemiyasına görə və UEFA oyun əsasnaməsinə əsasən mətbuat konfransı otağına məhdud sayda jurnalist buraxılacaq və bu səbədən ötən mövsüm mətbuat konfranslarında (Premyer Liqa və avrokubok) daha çox iştirak edən media mənsublarına üstünlük veriləcək.

Paylaş

// pop up