KİV-in nəzərinə !

single-news
6 İyl 2018

KİV-in nəzərinə !



Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 18-də saat 21:00-da baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Olimpiya” (Sloveniya) görüşü üçün media mənsublarının akkreditasiya əldə etməsi üçün aşağıda qeyd olunanları yerinə yetirməsi rica olunur.

1. Oyuna akkreditasiyanı sadəcə PFL-də (Peşəkar Futbol Liqası) qeydiyyatdan keçmiş media qurumları ala bilərlər.

2. Qeydiyyatdan keçmək üçün 13 iyul saat 18:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsinin (2017/18-ci illər mövsümü üçün) surətini və şəxsi fotosunu (həcmi 0.5 MB az olmayan) garabagh.fc@gmail.com adresinə göndərməsi  və ad, soyad, təmsil etdiyi KİV-dəki vəzifəsinin (PRESS, TV) qeyd olunması xahiş olunur

3. Foto akkreditasiyası eyni sistemlə həyata keçiriləcəkdir. PFL- qeydiyyatı olanlar "PRESS" qeydiyyatı ilə yanaşı "FOTO" akkreditəsi də əldə edə bilərlər. (Eyni proses həyata keçirilməlidir: iş vəsiqəsi və fotosunu göndərmək lazımdır. Müstəqil fotoqraflar isə fotoqraf olduğunu göstərən sənədin surətini göndərməsi rica olunur).

4. Hər KİV-dən maksimum 2 nəfər (1 PRESS+1 FOTO, (1 TV)) qeydiyyatdan keçə bilər.

Paylaş