KİV-in nəzərinə !

single-news
8 Sen 2019

KİV-in nəzərinə !



Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ımızın ev oyunları üçün Kütləvi İnformasiya Vasitələri üçün akkreditasiya qeydiyyatı bu gündən etibarən başlamışdır. Qrup mərhələsinda ev oyunlarında iştirak etmək üçün media mənsubları aşağıda qeyd olunan şərtləri yerinə yetirərək mövsümlük qeydiyyatdan keçə bilərlər.

1. Oyuna akkreditasiyanı sadəcə PFL-də (Peşəkar Futbol Liqası) qeydiyyatdan keçmiş media qurumları ala bilərlər.

2. Qeydiyyatdan keçmək üçün 13 sentyabr saat 18:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsinin (yalnız 2019/20-ci illər mövsümü üçün) surətini və şəxsi fotosunu (həcmi 0.5 MB az olmayan) garabagh.fc@gmail.com adresinə göndərməsi və ad, soyad, təmsil etdiyi KİV-dəki vəzifəsinin (PRESS, TV) qeyd olunması xahiş olunur. 

3. Foto akkreditasiyası eyni sistemlə həyata keçiriləcəkdir. PFL- qeydiyyatı olanlar "PRESS" qeydiyyatı ilə yanaşı "FOTO" akkreditəsi də əldə edə bilərlər. (Eyni proses həyata keçirilməlidir: iş vəsiqəsi və fotosunu göndərmək lazımdır. Müstəqil fotoqraflar isə fotoqraf olduğunu göstərən sənədin surətini göndərməsi rica olunur).

4. Hər KİV-dən maksimum 2 nəfər (1 PRESS+1 FOTO, (1 TV)) qeydiyyatdan keçə bilər.

5. Yalnız təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş sayılacaqsınız.

Paylaş