KİV-in nəzərinə !

KİV-in nəzərinə !
Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Sileks" (Şimali Makedoniya) qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.
Avqustun 17-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş məşqçimiz Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 18:30-da komandamız "Azersun Arena"da oyunöncəsi son məşqə çıxacaq.
Saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda "Sileks"in baş məşqçisinin mətbuat konfransı keçiriləcək. Saat 20:00-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.
Qeyd 1: Mətbuat konfransında iştirak edəcək media mənsublarından tibbi maskadan istifadə etmələri və qeyd olunmuş yerlərdə oturmaları xahiş olunur.
Qeyd 2: Mətbuat konfranslarına yalnız akkreditasiya müraciətində mətbuat konfansında iştirak etmək istədiyini qeyd edənlər buraxılacaq.
Qeyd 3: Təsdiq cavabı almış media mənsubları sabah 13:00 - 14:00 arası akkreditasiyalarını Respublika stadionundan əldə edə bilərlər.