KİV-in nəzərinə !

KİV-in nəzərinə !
Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Şerif" (Moldova) qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.
Avqustun 25-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş məşqçimiz Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 18:30-da komandamız "Azersun Arena"da oyunöncəsi son məşqə çıxacaq.
Saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda "Şerif"in baş məşqçisinin mətbuat konfransı keçiriləcək. Saat 19:30-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.
Qeyd 1: Mətbuat konfransında iştirak edəcək media mənsublarından tibbi maskadan istifadə etmələri və qeyd olunmuş yerlərdə oturmaları xahiş olunur.
Qeyd 2: Mətbuat konfranslarına yalnız akkreditasiya müraciətində mətbuat konfansında iştirak etmək istədiyini qeyd edənlər buraxılacaq.
Qeyd 3: I təsnifat mərhələsində qeydiyyatdan keçən media mənsubları bu qarşılaşma üçün sabah 13:00 - 14:00 arası akkreditasiyalarını Respublika stadionundan əldə edə bilərlər.