KİV-in nəzərinə !

single-news
13 Okt 2020

KİV-in nəzərinə !



Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ımızın ev oyunları üçün Kütləvi İnformasiya Vasitələri üçün akkreditasiya qeydiyyatı bu gündən etibarən başlamışdır. Qrup mərhələsinda ev oyunlarında iştirak etmək üçün media mənsubları aşağıda qeyd olunan şərtləri yerinə yetirərək mövsümlük qeydiyyatdan keçə bilərlər.

1. Oyuna akkreditasiyanı sadəcə PFL-də (Peşəkar Futbol Liqası) qeydiyyatdan keçmiş media qurumları ala bilərlər.

2. Qeydiyyatdan keçmək üçün 20 oktyabr saat 18:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsinin (yalnız 2020/21-ci illər mövsümü üçün) surətini və şəxsi fotosunu (həcmi 0.5 MB az olmayan) garabagh.fc@gmail.com adresinə göndərməsi və ad, soyad, təmsil etdiyi KİV-dəki vəzifəsinin (PRESS, TV) qeyd olunması xahiş olunur. 
3. Foto akkreditasiyası eyni sistemlə həyata keçiriləcəkdir. PFL- qeydiyyatı olanlar "PRESS" qeydiyyatı ilə yanaşı "FOTO" akkreditəsi də əldə edə bilərlər. (Eyni proses həyata keçirilməlidir: iş vəsiqəsi və fotosunu göndərmək lazımdır. Müstəqil fotoqraflar isə fotoqraf olduğunu göstərən sənədin surətini göndərməsi rica olunur). 4. Hər KİV-dən maksimum 2 nəfər (1 PRESS+1 FOTO, (1 TV)) qeydiyyatdan keçə bilər.

5. Yalnız təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş sayılacaqsınız.

QEYD: Oyun öncəsi və sonrası mətbuat konfranslarında iştirak etmək istəyən kütləvi informasiya vasitələri öz müraciətlərində iştirak istəyini qeyd etməlidirlər.

QEYD: Hazırda davam edən COVİD-19 pandemiyasına görə və UEFA  əsasnaməsinə əsasən mətbuat konfransı otağına məhdud sayda jurnalist buraxılacaq və bu səbəbdən oyun və mətbuat konfranslarında (Premyer Liqa və avrokubok) daha çox iştirak edən media mənsublarına üstünlük veriləcək.

 

Paylaş

QARABAĞI UNUTMA!