KLOZE DƏ “BAVARİYA”NI ÜSTÜN TUTDU

single-news
28 İyn 2007

KLOZE DƏ “BAVARİYA”NI ÜSTÜN TUTDU



Ötən mövsüm bundesliqada sadəcə 4-cü yerlə kifayətlənən Almaniyanın ən titullusu “Bavariya” artıq transferə 61 milyon (!) funt xərcləyib ki, bu ölkə tarixində rekorddur.  Görünür, klub rəhbərliyi uğursuzluğun əsas səbəbini ulduz çatışmamamzlığında görüb. Belə olmasaydı mövsüm bitər-bitməz Luka Toni, Frank Riberi kimi dünya səviyyəli ulduzları sırasına qatan münhenlilər “Şalke-04”dən Həmit Altıntop, “Borusiya” M.-dən Yansen, eyni zamanda birillik “Santos” məcərasından sonra Ze Rebertoyla yanaşı Şlaudraff və Sosanı rənglərinə bağlamışdı. Lakin, “Bavariya” bununla yetinməyib daha bir ulduzu sıralarına qatıb. Avropanın ən məhsuldar qoleadorlarından sayılan Miroslav Kloze “Verder”dən oğurlayıb. Polşaəsilli forvard yeni klubuna 15 milyon avroya başa gəlib.

Paylaş

// pop up