Klub başçısı ziyarət etdi, çempionluq şərt oldu

single-news
17 Fev 2009

Klub başçısı ziyarət etdi, çempionluq şərt oldu



`Qarabağ`ımız tək hədəfə köklənib: Çempionluq və kubok. Bu məqsədlə bütün camiə tək ürək, tək ruh olub. Daim komandanın yanında olan klubumuzun başçısı Tahir Gözel bu dəfə də ənənəsinə sadiq qalıb. `Bakılı`yla matçdan sonra rəhbər futbolçularla görüşüb. Sözə başlayan Tahir bəy komandaya çox inandığını və onlardan bu il çempionluq gözlədiyini bildirib. Tahir bəy futbolçulara bir neçə ay öncə komanda 10-cu sırada olduğu dönəmi xatırladı. Bu gün komandada 4-cü yerdədirsə bunu gözlədiyini növbəti görüşdə komandanın turnir cədvəlində daha yüksək yerdə görmək istədiyini bildirdi. Tahir bəy `Qarabağ`ın özəl klub olduğunu xatırlatdı. Komandamızın kapitanı Aslan Kərimov isə klub başçısına `Qarabağ`ın mövsüm sonunda ən azı Avrokuboklarda çıxış edəcəyi sözünü verdi. Tahir bəy isə futbolçulara onlarla fəxr etdiyini və ən yaxşısını gözlədiyini bildirdi. Bu maraqlı  görüşdən sonra hər kəs bir şeyə kökləndi:Çempionluq...

Paylaş

// pop up