KLUB XƏBƏRLƏRİ- "QARABAĞ" ( HET-TRİK, 19.07.2005)
19 İyl 2005
KLUB XƏBƏRLƏRİ- "QARABAĞ" ( HET-TRİK, 19.07.2005)
Klub rəhbərinin heyətində gözlənilməz dəyişiklik baş verdi. Şənbə günü "Azərsun Holding"in iclas zalında klub prezidenti Abdulbari Gözəl toplantı keçirib və bundan sonra kluba şəxsən nəzarət edəcəyini bildirib. İndiyədək bütün səlahiyyətləri daşıyan oğlu- vitse-prezident Tahir Gözəlsə klubdan ayrılıb.
* * *
Növbəti mövsümə hazırlığını davam etdirən "Qarabağ" "Turan"ın heyətində Türkiyəyə yollanan Samir Musayevi heyətinə qatmaq niyyətindədir. Artıq futbolçunun böyük ehtimalla köhnə klubuna qayıdacağı söylənilir.
* * *
Ötən mövsümü "Neftçi"nın heyətində keçirən Eltay Aslanov hazırda Ağdam klubunun düşərgəsində məşq edir.