KLUBLAR CƏZALANDIRILIB

single-news
14 May 2008

KLUBLAR CƏZALANDIRILIB



Həftəsonu Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində baş tutmuş qarşılaşmalardan sonra bir neçə klub AFFA tərəfindən cəzalandırılıb. Belə ki,  11.05.2008 – ci il tarixində baş tutmuş “Neftçi” – “Xəzər-Lənkəran” oyunu ərzində “Neftçi” komandasının 5 oyunçusu sarı vərəqə aldığına görə klub 1000 manat məbləğində cərimə olunub. Bundan başqa Zaur Tağızadə qırmızı vərəqə alaraq meydandan qovulduğuna üçün klub  2000 manat məbləğində cərimələnib. Eyni tarixdə baş tutmuş “Masallı” – “Simurq” qarşılaşmasında “Simurq” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığından AFFA bu klubu da 1000 manat məbləğində cərimələyib. Bundan əlavə oyunun 9 və 23-cü dəqiqələrində “Simurq” komandasının baş məşqçisi Roman Pokora hakimlər briqadasını nalayiq sözlərlə təhqir etdiyinə görə məşqçi 4 oyunluq kənarlaşdırılıb və eyni zamanda klub 4000 manat məbləğində cərimə olunub. Keçirilmiş digər bir qarşılaşmada, “Olimpik” – “Karvan” matçında “Olimpik” komandasının oyunçusu Fabio Luis Ramim qırmızı vərəqə alaraq meydandan qovulub. Buna görə oyunçu 2 oyunluq kənarlaşdırılıb və klub 2000 manat məbləğində cərimə olunub.”Qəbələ” – “Gənclərbirliyi” matçında “Gənclərbirliyi” komandasının 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə AFFA həmin klubu 1000 manat məbləğində cərimələyib.

Paylaş

// pop up