KLUBLARIMIZIN VİRTUAL ALƏMDƏKİ MÜBARİZƏSİ (FUTBOL+QOL, 27.12.2005)

single-news
27 Dek 2005

KLUBLARIMIZIN VİRTUAL ALƏMDƏKİ MÜBARİZƏSİ (FUTBOL+QOL, 27.12.2005)



.... "QARABAĞ" Ağdam təmsilçisi milli çempionatda istədiyi nəticələri əldə edə bilməsə də, virtual aləmdə rəqibləri önündə önəmli üstünlüyə malikdir. Komandanın veb səhifəsində klubla bağlı xəbərlərlə operativ tanış olmaq mümkündür. Üstəlik həm milli çempionatda, həm də ölkə kuboku oyunlarının nəticələrinin matçların bitimindən 1-2 sat sonra səhifəyə tam müfəssəl şəkildə çıxarılması təqdirəlayiqdir. Bundan başqa, Ağdam təmsilçisinin "virtual xəbər ötürücüsü"ndə klubun hər oyunundan fotolar ayrı-ayrı qovluqlar içərisinə salınır kiç bu da azarkeşin istədiyi matçdan şəkil tapmasını asanlaşdırır. "Qarbağ" saytının ideal səviyyəyə gəlməsi üçün xeyli iş görülməlidir, ancaq bunlardan ən birincisi klubun keçirdiyi qarşılaşmaların mətn şəklində canlı yayımlanması olsa, pis olmazdı.

Paylaş