KLUBUMUZA ZİYARƏT...
KLUBUMUZA ZİYARƏT...
Bu gün "Azərsun Holding" Şirkətlər Qrupunun Yönətim Kurulu, başda Şirkətin Baş Direktoru Fevzihan Aras olmaqla komandamızın məskunlaşdığı "Ruslan-93" İdman kompleksini ziyarət etdilər. Komanda üçün yaradılmış şəraitlə - Fitness zalı, yeməkxana, yataq otaqları, müalicə,masaj otaqları, ofislə tanış olduqdan sonra Yönətim Kurulu dəyirmi masa arxasına əyləşdi. "Qarabağ" Futbol Klubunun Direktoru İşık Emrah Çelikel ziyarətçiləri salamladı: "Mən komandamız adından başda Fevzi bəy olmaqla, hər birinizə dəyərli vaxtınızı komandamız üçün ayırdığınız üçün öz dərin minnətdarlığımı bildirirəm..." Komandamızın baş məşqçisi Rasim Kara komandamızın hazırkı durumu haqda qısa məlumat verdi. Tikiləcək təsisimizi Türkiyədə "Beşiktaş"ın Ümraniyyədəki, "Fənərbaxça" klubunun Samandra təsisləri ilə müqayisə edən Rasim bəy "Hər kəs bizdən örnək götürəcək" fikirləri ilə öz məlumatını yekunlaşdırdı.
FEVZİHAN ARAS: "KÖNÜL QOYDUQDAN SONRA HƏR ŞEY MÜMKÜN !"
Azərsun Holding Şirkətlər qrupunun Baş Direktoru Fevzihan Aras qısa nitq söylədi. O Azərbaycanda analoqu olmayan İdman Tədris Bazasının ən yaxın zamanda inşasına başlanacağını da bildirdi. 20 hektarlıq böyük bir ərazini əhatə edəcək baza tam Avropa səviyyəsində inşa olunacağını da deyən Fevzi bəy "Könül qoyduqdan sonra hər şey mümkün !" kəlimələrinı də sözlərinə əlavə etdi.
Bundan sonra "Dəyirmi Masa"da komandanın gələcəyi üçün çox mühüm fikir mübadiləsi aparıldı, mühüm qərarlar alındı.
