Klubumuzun iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb

single-news
21 Okt 2024

Klubumuzun iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb



Klubumuzun iki əməkdaşı – akademiya meneceri Nail Kərimov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev nüfuzlu “Johan Cruyff” institutunun diplomunu alıb. Kərimov Futbol Menecmenti proqramını, Hacıyev isə İdman Biznesi (Marketinq və sponsorluq) proqramını tamamlayaraq magistr diploma sahib çıxıblar.

 

2023-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.

 

Qeyd edək ki, tərəşdaşımız olan “Johan Cruyff” Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.

Paylaş

// pop up