Klubumuzun iki futbolçusu U-17-də

single-news
10 İyn 2024

Klubumuzun iki futbolçusu U-17-də



“Qarabağ”ın iki futbolçusu Azərbaycanın U-17 milli komandasına çağırılıb. Komandamızın oyunçuları Əli Qazibəyov və Əli İbrahim yığmanın qarşıdakı hazırlıq prosesində iştirak edəcəklər.


Klubumuzun futbolçularının heyətində yer aldığı U-17 iyunun 13-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. İyunun 15-dən 20-dək Albaniyanın, Dürres şəhərində hazırlıqda olacaq yığma Albaniya millisinə qarşı iki beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Paylaş