Köhnə biletlə yeni oyun (EXPRESS, 04.10.2005)

single-news
4 Okt 2005

Köhnə biletlə yeni oyun (EXPRESS, 04.10.2005)



"Qarabağ" həmişə təəccübləndirib. İstər yaşıl meydanda, istərsə də ondan kənarda. "Xəzər-Lənkəran"la matçdan əvvəl də belə oldu. "Qarabağ" nümayəndələrinin oyundan öncə 13-cü milli çempionatdan qalan biletləri satışa çıxarmasını görəndə təəccüblənməmək mümkün deyildi. Amma klubun baş direktoru Əmrah Çəlikəl üstünə on min manat yazılan bu biletlərin yalnız mətbuat işçilərinə "göstərildiyini" bildirdi: "O biletlər ola bilsin ki, mətbuat işçilərinə göstərilib. Biz satışa təzə biletlər çıxarmışdıq. Mən hələ əvvəlcədən dediyiniz o biletləri yığışdırmağı tapşırmışdım. Görünür yaddan çıxarıblar".

Paylaş