KOLLİNA ÜÇÜN 8 MİLYON AVRO ?!
12 İyl 2005
KOLLİNA ÜÇÜN 8 MİLYON AVRO ?!
Görünür hələ bir neçə il də "Kollina hakimlikdən əl çəkir" ifadələrini eşidəcəyik. Bu ifadə lap Pavarotti ilə Layza Minellinin səhnədən gedəcəyi barədə şayiələrə oxşar bir şaiyə olduğu artıq reallıqdır. Hələ ortada 8 milyon olandan sonra isə lap...
... Ömrünün 45-ci ilini yaşayan Pierluici Kollina hələ də millyonların sahibi- futbol ulduzları ilə bir meydançada olmaq üçün hələ qocalmadığını deyir. İtaliya Futbol Federasiyası da öz nizamnaməsinə dəyişikliklər etmək barədə düşünür ki, Kollina yaşına görə, hakimlikdən uzaqlaşmasın.
Hələ dünyada analoqu olmayan bir şey - hakim transferi də artıq gündəmdədir. Belə ki, İngiltərə Futbol Federasiyası da Kollinanı Premyer Liqanın matçlarını idarə etmək üçün dəvət edib. Özü də elə belə yox - 8 milyon avro təkliflə. Bu pul isə Kollinanın matçları obyektiv idarə edəcəyini hələ sığortalamayır...
İndi gəl hakimlikdən get, görüm necə gedirsən....