KOMANDA İSTİRAHƏTDƏDİR
KOMANDA İSTİRAHƏTDƏDİR
Dünən gecə Türkiyədə keçirdiyi toplanışı bitirərək Bakıya dönən “Qarabağ” Futbol Klubu hələlik istirahətdədir. Komandamızın baş məşqçisi Rasim Karanın futbolçulara verdiyi 2 günlük istirahət sabah başa çatır. Elə təcrübəli mütəxəssisin özü də Bakıya sabah dönəcək.
Sabah saat 17:00-da Suraxanı qəsəbə stadionunda hazırlıqlar bərpa ediləcək. Komandamızın yerli futbolçuların hamısı sabahkı məşqdə iştirak edəcək. Onu da nəzərinizə çatdıraq ki, komandamızda heç bir zədəli futbolçu yoxdur. Kampın sonuna yaxın ayaq nahiyəsində kiçik problemi olan Azər Məmmədov Yenicə transfer etdyimiz ön xətt oyunçusu Sedat Şahinin də bu gecə Bakıya gələməsi gözlənilir. Digər transferlərdən Muammer eləcə də Şakiri və Zekeriyya Ramazani 26-sı səhər paytaxtımıza qədəm qoyacaqlar.
Komandamız btün detallarda razılaşdığı və birbaşa müqavilə bağladığı digər legionerlər isə tezliklə Bakıya gələcək. Sadəcə viza problemləri ilə əlaqədar olaraq yeni qoleadorun Bakıya gələməsi yubanır. Amma tezliklə Braziliyalı hücumçunun Bakıya gəlməsi gözlənilir.