Komanda klub başçısının xeyir-duasıyla...

single-news
16 May 2009

Komanda klub başçısının xeyir-duasıyla...



`Qarabağ` artıq son mücadiləyə hazırdır. Bu gün `Karvan`la mücadilə üçün Ağdama yola düşən komandamız dünən son məşqini Suraxanıda edib. Komanda premyerliqanın son turuna səfəröncəsi komandamız 2 xoş hadisəylə yadda qalıb. Belə ki, daim komandanın yanında olan, dəstəyini əsirgəməyən klubumuzun vitse-prezidenti Tahir Gözel komandanı stadiondaca ziyarət edib. Tahir bəy son tur öncəsi komandanın hər bir üzvünə uzun sürən marafonda əllərindən gələn hər şeyi etdiklərinə görə təşəkkür edib. Amma hədəflərinin mütləq Avropaya vəsiqə qazanmalı olduqlarını da vurğulayıb. Amma hər şeydən öncə vurğuladığımız 2-ci xoş xəbəri məhz Tahir bəy verib. Klub başçısı milli qolkiper Fərhad Vəliyevi elə həmin ata olması münasibətiylə təbrik edib və yeni dünyaya gəlmiş oğlunun ailəsinə, vətəninə xeyirli olmasını arzulayıb.
Tahir bəy futbolçulara inandığını və Yevlaxda da komadasını tərk buraxmayacağını bildirdi.
Bu gün isə axşam 5 raddələrində Ağdama varid olan komandamız yüngül məşqlə kifayətlənib. Sabah komandamız Yevlaxa yola düşəcək.
Nəzərinizə çatdıraq ki, komandamızda yeganə itki zədəsi davam edən Zaur Həşimovdur.

 

Paylaş

// pop up