Komandalarımız üçün seminar
16 Noy 2023
Komandalarımız üçün seminar
“Qarabağ” futbol akademiyasında növbəti seminar təşkil olunub. Azərbaycan Milli Anti Dapinq Agentliyinin keçirdiyi tədbir qurumun Təhsil Proqramları üzrə meneceri Qüdrət Səfərov və klubumuzun Gənclər Futbolunun İnkişafı proqramının rəhbəri Elşad Xudadatovun nəzarəti altında gerçəkləşib.
Seminarda “Qarabağ”ın aşağı yaş qrupları üzrə koordinatoru Aftandil Haciyev, U-15, U-16, U-17, U-19 komandalarının məşqçi və oyunçuları iştirak ediblər. Onlara antidopinq üzrə seminar keçirilib. Futbolçulara bilməli olduqları vacib qaydalar izah olunub. AMADA nümayəndəsi oyunçularda maraq doğuran sualları cavablandırılıb.
