Komandamız bu gün "Linfild"lə oyunun hazırlıqlarını tamamlayacaq

21 Avq 2019
Komandamız bu gün "Linfild"lə oyunun hazırlıqlarını tamamlayacaq
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Linfild" (Şimali İrlandiya) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. Baş məşqçimiz Qurban Qurbanov bu gün Bakı vaxtıyla saat 21:30-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 21:45-də qarşılaşmanın keçiriləcəyi "Vindsor Park" stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.