Komandamız fitnesdə başladı, meydançada tamamladı
13 Yan 2018
Komandamız fitnesdə başladı, meydançada tamamladı
"Qarabağ"ımız Antalyada təlim-məşq toplanışını davam etdirir.
Komandamız beşinci günü iki məşqlə tamamlayıb. Günün ilk məşqi saat 11:00-da start götürüb vəfitnes zalında baş tutub. Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki və toplu çalışmalarla davam edib. Futbolçumuz Ansi Aqolli isə çalışmalarını fizioterapivt nəzarəti altında davam etdirib.
