Komandamız günü iki məşqlə başa vurdu FOTOLAR

7 Yan 2019
Komandamız günü iki məşqlə başa vurdu FOTOLAR
Antalyada qış təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ımız hazırlığın ikinci gününü iki məşqlə başa vurub. Günün ilk məşqi fitnes zalında baş tutub və təxminən 60 dəqiqə davam edib.
Günün ikinci məşqi isə meydançada baş tutub və təxminən 1 saat 10 dəqiqə davam edib. Yağışlı hava şəraitində keçən məşqdə futbolçularımız fiziki təmrinlərin ardından toplu çalışmaları yerinə yetirib. Yeni transferimiz Reynaldo Silva da komandaya qoşulub.