Komandamız günü iki məşqlə başa vurdu FOTOLAR/VİDEO

21 Yan 2019
Komandamız günü iki məşqlə başa vurdu FOTOLAR/VİDEO
"Qarabağ"ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Komandamız günü iki məşqlə tamamlayıb. İlk məşq fitnes zalında tutub və təxminən bir saat davam edib.
Günün ikinci məşqi yerli vaxtla saat 17:00-da start götürüb. Futbolçularımız bu hazırlığın ilk hissəsində isinmə hərəkətlərindən sonra müəyyən fiziki təmrinləri və toplu çalışmaları yerinə yetirib. Yağışlı hava şəraitində baş tutan məşqin ikinci hissəsində isə komandamız 3 qrupa bölünüb və ikitərəfli oyun oynayıb. Bu dueldə isə "bozlar" qalib gəlib.