Komandamız hazırlıqlarını davam etdirir

27 Yan 2018
Komandamız hazırlıqlarını davam etdirir
"Qarabağ"ımız Antalyada təlim-məşq toplanışını davam etdirir. Komandamızın günü tək məşqlə başa vurub. Yerli saatla 10:30-da başlayan hazırlıq iki mərhələdən ibarət olub. İlk olaraq fitness zalında çalışmalara başlayan futbolçularımız məşqi toplu çalışmalarla başa vurub.
Qeyd edək ki, milli komandaya dəvət alan futbolçular bu gün yığmanın düşərgəsinə yollanıb.