Komandamız istirahətdədir
24 Mar 2009
Komandamız istirahətdədir
`Qarabağ`ımız `Simurq`la keçirilən oyundan sonra hələ də istirahətdədir. Komandamızın çalışdırıcısı Qurban Qurbanov milli oyunlarla əlaqədar yaranmış fasiləylə əlaqədar olaraq futbolçulara 3 günlük izn verib. Martın 26-sından etibarən çalışmalara start verilsə də, ilk gün ancaq yerli futbolçular çalışmada iştirak edəcək. Belə ki, yaranmış fasilədən yararlanan komandamızın legionerləri Artim Şakiri, Nidal Ferhatoviç, Sedat Şahin, Zekeriyya Ramazani eyni zamanda koordinatorumuz Mehmet Ak vətənlərinə yollanıblar. Adı çəkilən şəxslər Martın 27-sində komandanın düşərgəsində olacaqlar. Daha bir legionerimiz Admir Teli isə Albaniya millisinin düşərgəsindən Aprelin 3-ü dönəcək.