Komandamız "Joze Alvalade"də məşqə çıxdı

20 Sen 2018
Komandamız "Joze Alvalade"də məşqə çıxdı
"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin ilk matçında sabah səfərdə "Sportinq"in qonağı olacaq. Komandamız bu gün yerli vaxtla saat 19:00-da qarşılaşmanın keçiriləcəyi Joze Alvalade stadionunda məşqə çıxıb. İsinmə hərəkətlərin ardından futbolçularımız məşqi taktiki çalışmalarla yekunlaşdırıb.