Komandamız məşqlərə başladı

single-news
2 Mar 2009

Komandamız məşqlərə başladı



`Qarabağ`ımız  hazırlıqlara başladı. Həfətəsonu gözlənilmədən `Standard`a məğlub olan komandamız dünən istirahət edib. Bu gündən etibarən isə komandamız məşqlərə yenidən başlayıb. 6-cı gün premyerliqanın yeni lideri `Bakı`nın qonağı olacaq komandamızda tək hədəf var. Qalibiyyət. Çempionluq uğrunda mübarizə aparan komandamız mütləq olaraq bu oyundan qələbəylə ayrılmalıdır. Aslan Kərimov və Elnur Allahverdiyevin cəzaları başa çatıb. Sedat Şahin isə zədəsinin həftəsonuna qədər sağalması və liderlə oyuna yetişəcəyi gözlənilir.
Bu gün komandamız 2 məşq keçməyi planlaşdırır. İlk çalışma artıq baş tutub. Sabiq `Neftçibaza`da məşq saat 10:00-da start götürüb. Günün ikinci çalışması isə böyük ehtimalla Suraxanı qəsəbə stadionunda keçiriləcək.

Paylaş

// pop up