Komandamız "Neftçi"ylə oyunun hazırlıqlarına başladı FOTOLAR
27 Okt 2018
Komandamız "Neftçi"ylə oyunun hazırlıqlarına başladı FOTOLAR
Azərbaycan Premyer Liqasının 9-cu turunda “Neftçi” ilə qarşılaşacaq “Qarabağ”ımız oyunun hazırlıqlarına başlayıb. "Vorskla"yla oyundan sonra komandamız ara vermədən bu gün klubumuzun bazasında növbəti məşqinə çıxıb.
Qeyd edək ki, "Qarabağ"ımız “Neftçi” ilə oktyabrın 28-də səfərdə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.
