Komandamız qayıtdı və başlayır

17 İyl 2014
Komandamız qayıtdı və başlayır
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda `Valletta` üzərində qələbə qazanan `Qarabağ`ımız artıq Bakıdadır .Komandamız bugün 02:00 raddələrində Malta-İstanbul-Bakı reysi ilə vətənə qayıdıb.`Qarabağ`ımız İyulun 22-də cavab görüşünə çıxacaq. Elə bugündən etibrarən komandamız istirahət etmədən məşqlərə başlayır.Komandamızın məşqi 19:00-a təyin olunub.
Bir daha qeyd edək ki, `Qarabağ` - `Valletta` oyunu İyulun 22-də saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.