Komandamız "Sabah" üçün başladı

single-news
20 Fev 2019

Komandamız "Sabah" üçün başladı



Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XVIII turunda qarşılaşacağı "Sabah"la oyunun hazırlıqlarına start verib. Komandamız bir günlük fasilənin ardından klubumuzun bazasında bir araya gəlib. Axşam saatlarında baş tutan hazırlıqda futbolçularımız isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb. 

Zədəli futbolçumuz Miçel məşqdə iştirak etməyib. 

Paylaş