Komandamız Suraxanıda ilk məşqinə çıxdı
1 Dek 2010
Komandamız Suraxanıda ilk məşqinə çıxdı
`Qarabağ`ımız `İnter`lə oyunun hazırlıqlarını davam etdirir. Dekabrın 4-ündə `bankir`ləri qəbul edəcək komandamız bu gün ilk olaraq trenajor zalında çalışıb. Ardınca isə komandamız Suraxanı qəsəbə stadionuna yollanıb. Uzun zamandır təmirə bağlanan qəsəbə stadionunda komandamız bu gün ilk dəfə məşqə çıxdı. Komandamız `İnter`i məhz bu stadionda qəbul edəcək.
Komandamız yeni stadiona köçməklə yanaşı zədəlilərin düzəlməsinə də sevinir. Ötən tur Emin İmaməliyev meydana çıxıb, Maksim Medvedev ehtiyatda qaldısa, gənc müdafiəçi `İnter`lə oyunda tam sağlam vəziyyətdə olacaq. Digər zədəlilər Samir Abasov və Andrey Rubinsin də artıq komandayla məşqlərə başlaması hər kəsi sevindirir. Hal-hazırda komandadan ayrı məşq edən sadəcə Əfran İsmayılov və Ayxan Abbasovdur. Onların da gələn həftədən etibarən qrup çalışmalarına qoşulacağı gözlənilir.