Komandamızdan üçüncü transfer

single-news
11 İyl 2025

Komandamızdan üçüncü transfer



Klubumuz yeni mövsüm üçün üçüncü transferini reallaşdırıb: Portuqaliyanın “Mafra” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.

 

Klubumuzla Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu arasında 2+2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.

 

Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyulland”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.

 

Qeyd edək ki, klubumuz bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.

Paylaş

// pop up