Komandamızın 2025-ci ildəki son oyununun hakimləri müəyyənləşdi
19 Dek 2025
Komandamızın 2025-ci ildəki son oyununun hakimləri müəyyənləşdi
Komandamızın 2025-ci ildə keçirəcəyi son oyunun təyinatları açıqlanıb. Misli Premyer Liqasının XVI turunda baş tutacaq “Qəbələ” – “Qarabağ” görüşünün hakimləri müəyyənləşib.
Qarşılaşmanın baş hakimi Əli Əliyev olacaq. Ona Namiq Hüseynov və Cəmil Quliyev kömək edəcəklər.
Nicat İsmayıllı dördüncü hakim funksiyasını yerinə yetirəcək. Rauf Cabarov VAR, Elşad Abdullayev AVAR, Anar Salmanov hakim-inspektor, Eldar Məmmədov AFFA nümayəndəsi olacaq.
Qeyd edək ki, dekabrın 21-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq.
