Komandamızın Çempionlar Liqasındakı ikinci rəqibi müəyyənləşdi

1 Avq 2024
Komandamızın Çempionlar Liqasındakı ikinci rəqibi müəyyənləşdi
Komandamızın Çempionlar Liqasının 2024/25 mövsümündəki ikinci rəqibi müəyyənləşib. Qurban Qurbanovun yetirmələri III təsnifat mərhələsində “Lüdoqorets”lə qarşılaşacaq.
Bolqarıstan təmsilçisi II təsnifat mərhələsində Minsk “Dinamo”sunu mübarizədən kənarlaşdırıb. Evdə 2:0 hesablı qələbə qazanan “Lüdoqorets” səfərdə 0:1 hesabı ilə məğlub olsa da, mərhələ adlayıb.
Qeyd edək ki, “Qarabağ”la “Lüdoqorets” arasında ilk oyun avqustun 6-da Bakıda keçiriləcək. Matç saat 20:00-da başlayacaq. Ayın 13-də Bolqarıstanda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək.